Şirkətin xidmət haqqı 30% !
Xahiş olunur, mətni sona qədər oxuyub sonra əlaqə saxlayın.
20 Yanvar m/st-dan 5 dəqiqəlik məsafədə yerləşən Melissa Park yaşayış kompleksində 2 otaqlı, tam təmirli və tam əşyalı mənzil icarəyə verilir.
Mənzil 11-ci mərtəbədə yerləşir. İcarəyə tam hazır vəziyyətdədir, sıfırdan təmizlənib. Divan belə kimyəvi təmizlənib, döşək dəyişdirilib. Bir sözlə, köçüb problemsiz yaşamaq üçün hazır mənzildir.
Mənzil yalnız tək xanım, gənc ailə, ana-bala və s. kiçik ailələr üçün nəzərdə tutulmuşdur.
Mənzilin son qiyməti 600 AZN-dir. Əlavə olaraq 200 AZN depozit tələb olunur. Mənzildən çıxan zaman hər hansı problem olmazsa, depozit tam şəkildə geri qaytarılır.
Çox xaiş olunur, "depozit vermək istəmirəm", "qiyməti 500-550 edin" və s. kimi lazımsız müraciətlərlə narahat etməyin. Mətndə hər şey aydın şəkildə qeyd olunub.